Robert Solou

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Robert Solou
ing. Robert Merton Solow
Doğum tarixi 23 avqust 1924(1924-08-23)[2][3]
Doğum yeri
Vəfat tarixi 21 dekabr 2023(2023-12-21)[4] (99 yaşında)
Vəfat yeri
Elm sahələri makroiqtisadiyyat, iqtisadiyyat[1], İqtisadi artım[1]
İş yerləri
Təhsili
Elmi rəhbəri Vasili Leontyev[7]
Üzvlüyü
Mükafatları Prezidentin "Azadlıq" medalı İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
ABŞ Milli Elmlər medalı
İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robert Solou (ing. Robert Solow) (23 avqust 1924[2][3], Bruklin, Nyu-York ştatı21 dekabr 2023[4], Leksinqton[d], Massaçusets) — xüsusilə iqtisadi inkişafla bağlı tədqiqatları ilə tanınan amerikalı iqtisadçı. 1961-ci ildə Con Beyts Klark medalı, 1987-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı və 1999-cu ildə Beynəlxalq Elm medalına layiq görülmüşdür.

Robert Solou 23 avqust 1924-cü ildə Nyu York şəhərində yəhudi ailəsində anadan olub. Evlərinin yaxınlığında yerləşən dövlət məktəbində oxumuş, uğurlu bir şagirdlik keçirmişdi.

Robert Solou 1940-cı ilin sentyabr ayında təqaüdlə Harvard Universitetində təhsilə başladı. Sosiologiyaantropologiya üzrə təhsil almaqla yanaşı eyni zamanda iqtisadiyyat təhsili də almağa başlamışdı.

1942-ci ilin sonlarına yaxın ABŞ Ordusuna qoşulmaq üçün universitetdən ayrılan Robert Solou Şimali AfrikaSiciliyada xidmət keçdi. Sonra isə ordudan tərxis olunana qədər İtaliyada xidmət keçmişdi.

Robert Solou və Bill Klinton

1945-ci ildə yenidən Harvard Universitetinə qayıtdı. Vasili Leontyevin rəhbərliyində tədqiqatlara başladı və giriş-çıxış hesabları üçün ilk maliyyə əmsallarını hazırladı. Daha sonra marağı ehtimal nəzəriyyəsistatistikaya meylləndi.

1949–1950-ci illərdə Kolumbiya Universitetindən təqaüd qazanaraq intensiv şəkildə statistik işlərə başladı. Eyni zamanda işsizlik və əmək haqqı nisbətləri üçün gəlir paylanmasında Markov müddətini istifadə edərək yeni göstəricilər əldə etməyə çalışdı.

1949-cu ildə Kolumbiya Universitetinə getməmişdən əvvəl köməkçi professorluq üçün Massaçusets Texnologiya İnstitutunun iqtisadiyyat bölməsinə müraciət etdi və qəbul edildi. Massaçusets Texnologiya İnstitutunda statistikaekonometrika üzrə tədqiqatlar apardı. Robert Solounun marağı getdikcə makroiqtisadiyyata meyllənməyə başladı. Təqribən 40 il bir yerdə işlədiyi Pol Samuelsonla birlikdə bir çox nəzəriyyə meydana gətirdilər: fon Neyman böyümə nəzəriyyəsi (1953), kapital nəzəriyyəsi (1956), xətti proqramlaşdırma (1958), Filips əyrisi (1960) və s.

Robert Solou bir çox ABŞ Federal hökumət layihələrində işlədi. Xüsusilə işsizlik, inkişaf siyasətləri və pul nəzəriyyəsi istiqamətlərinə diqqət göstərdi.

1961-ci ildə Amerikan İqtisadi Birliyinin (ing. American Economic Association) 40 yaşdan kiçik ən yaxşı iqtisadçılara verilən Con Beyts Klark medalına layiq görüldü. 1987-ci ildə iqtisadi inkişafla bağlı tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldü. 1999-cu ildə isə Beynəlxalq Elm medalı ilə mükafatlandırıldı.

  • 1956. "A Contribution to the Theory of Economic Growth." Quarterly Journal of Economics 70: 65–94.
  • 1957. "Technical Change and the Aggregate Production Function"; Review of Economics and Statistics 39: 312–20.
  • 1958. Linear Programming and Economic Analysis. McGraw Hill, New York (Robert Dorfman ve Pol Samuelsonla birlikdə).
  • 1962. "Technical Progress, Capital Formation, and Economic Growth"; The American Economic Review '52 (2): 76–86.
  • 1963. Capital Theory and the Rate of Return.
  • 1964. Sources of Unemployement in the United States.
  • 1965. "A Contribution to the Theory of Economic Growth"; Quarterly Journal of Economics 70: 65–94.
  • 1967. "The New Industrial State or Son of Affluence"; The Public Interest 108.
  • 1970. Price Expectations and the Behavior of the Price Level.
  • 1974. "The Economics of Resources or the Resources of Economics"; The American Economic Review 64: 1–14.
  • 1980. On Theories of Unemployment.
  • 1997. What is Labor Market Flexibility: What is it good for?.
  • 1997. The Nature of Consumer Price Indices.
  • 2000. Neoclassical Growth Theory.
  • 2000. Growth Theory: An Exposition, Oxford University Press.
  • 2007. "The Last 50 years in Growth Theory and the Next 10." Oxford Review of Economic Policy 23 (1): 3–14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]