Hideki Sayco

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hideki Sayco
yap. 西城秀樹
Ümumi məlumatlar
Doğum adı 木本 龍雄
Doğum tarixi 13 aprel 1955(1955-04-13)
Doğum yeri
Vəfat tarixi 16 may 2018(2018-05-16) (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Vətəndaşlığı
Həyat yoldaşı
  • bilinmir (2001–)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktyor, səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 1972–2018
Janr J-pop[d]
Səs tembri bariton
Albom şirkəti Universal Music Group[d]
Təhsili
  • Sanyo liseyi[d]
earth-corp.co.jp/HIDEKI/

Hideki Sayco (西城 ��樹, Sayco Hideki?, 13 aprel 1955, Hiroşima, Hiroşima prefekturası, Yaponiya16 may 2018, Yokohama) və ya doğum adı ilə Tatsuo Kimoto (木本 龍雄, Kimoto Tatsuo?)Yaponiya müğənnisi və aktyoru. 1970-ci illərdə Yaponiyanın ulduz müğənnilərindən biri olmuşdur. Village People qrupunun "Y.M.C.A." mahnısının yapon versiyasını oxumasına görə tanınır.[1]

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

1955-ci ildə Yaponiyanın Hiroşima şəhərində doğulmuşdur. 1972-ci ildə müğənni kimi debüt etmiş və gənclər arasında populyarlaşmışdır. 1970-ci illərdə oxuduğu "Kizudarake no Laura" (1974), "Boomerang Street" (1977) və "Young Man" mahnıları (1979) hit olmuşdur.[1] Hiromi QoQoro Noquçi ilə birlikdə "Yeni böyük üçlük" (Şin Qosanke) ləqəbini qazanmışdır.[2]

Sayco 1980-ci illərdə Asiya ölkələrində çıxış etməyə başlamış,[1] SinqapurHonkonq kimi xarici ölkələrdə fanat kütləsi toplamışdır.[3] Həmin dövrdə Cənubi Koreyada yapon dilində ictimai performanslara icazə verilməsə də, 1988-ci ildəki Yay Olimpiya Oyunlarında ərəfəsində Koreyada bir tədbirdə çıxış etmişdir.[1] 1998-ci ildə Yaponiya ilə Çin arasında dostluq müqaviləsinin imzalanmasının 20 illiyini qeyd etmək üçün Çinə səfər etmiş[4]Böyük Çin səddinin qabağında çıxış etmiş ilk yapon olmuşdur.[1]

1974–1975-ci illərdə yayımlanmış "Kantaro Terauçinin ailəsi" serialında çıxış etmişdir. Onun manqa əsasında çəkilmiş "Sevgi və dürüstlük" filmi gəlir baxımından böyük uğur qazanmışdır.[2] 1990–1992-ci illərdə yayımlanmış "Chibi Maruko-chan" anime serialının ikinci bağlanış mahnısı olan "Hashire Shoujiki-mono" (走れ正直者?, hərf. "Qaç, dürüst adam") mahnısını ifa etmişdir.[1]

Sayco 2003 və 2011-ci illərdə insult keçirmiş, nəticədə, nitq qabiliyyəti pozulmuşdur.[3] Buna baxmayaraq, karyerasına davam etmişdir. Sağalmaq üçün reabilitasiya proqramlarına qatılmışdır.[2] Son performansı 2018-ci ilin aprelində baş tutmuşdur. 25 aprel 2018-ci ildə evində huşunu itirmiş vəziyyətdə tapılmış və Kanaqava prefekturasının Yokohama şəhərində yerləşən bir xəstəxanaya aparılmışdır. 16 may 2018-ci ildə ürək çatışmazlığı səbəbilə ölmüşdür.[3]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Miki Makihara ilə evlənmişdir.[3] 2011-ci ildə baş vermiş Tohoku zəlzələsindən sonra zərərçəkənlər üçün xeyriyyə kampaniyasında iştirak etmişdir. Hobbi kimi bağbanlıqla məşğul olurdu.[5]

  1. 1 2 3 4 5 6 "Japanese singer Hideki Saijo, known for cover song of 'Y.M.C.A.,' dies at 63". The Japan Times (ingiliscə). 17 may 2018. 22 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2024.
  2. 1 2 3 "Renowned singer, actor Hideki Saijo passes away at 63". The Mainichi (ingiliscə). 17 may 2018. 1 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2024.
  3. 1 2 3 4 "Death of Showa icon Hideki Saijo, 'artist with special depth,' shakes Japan". The Mainichi (ingiliscə). 18 may 2018. 10 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2024.
  4. "Japanese singer Hideki Saijo dies of heart failure". Straits Times (ingiliscə). 17 may 2018. 22 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2024.
  5. "In Photos: The celebrated life of beloved singer, actor Hideki Saijo". The Mainichi (ingiliscə). 17 may 2018. İstifadə tarixi: 22 yanvar 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]