Bukmeyker

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bukmeyker kontoru

Bukmeyker (ing. bookmaker) — İdman matçlarına pul qoyuluşlarını özündə təzahür etdirən totalizator oyunları.

İlk rəsmi bukmeyker futbolun vətəni sayılan İngiltərədə yaranmışdır. Bu ideya Riçard Tattersollun ağlına gələndə 1780-ci il idi və hələ futbol idman növü kimi yox idi. Amma, həmin illərdə Britaniyada atçılıq ən gəlirli sahə sayılır və əhalinin at yarışlarına marağını görən Tattersoll cıdırlara gələn tamaşaçılar arasında mərc oyunu keçirməyə başlayır. Amma ilk bukmeyker kontorunun yaradıcısı isə Riçard sayılmır. İdeya sahibinin yaşadığı dövrdən təxminən bir əsr sonra — XIX əsrin ortalarında Fred SuindellLeviafan Devis adlı iki nəfər Londonda ilk bukmeyker kontorunu açmışdılar.

Hazırda bu sahədə fəaliyyət göstərən şirkətlərin əksəriyyətinin mərkəzi ofisi Böyük Britaniyadaİtaliyada yerləşir. Həmin ölkələrdə bukmeyker kontorlarının illik dövriyyəsi 10–12 milyard dollar həcmindədir.

Qanunvericilik bazası

[redaktə | mənbəni redaktə et]

Bukmeykerlik haqqında qanun ilk dəfə Böyük Britaniyada qəbul edilib. Ölkə hökuməti hələ 1963-cü ildə bu barədə qanun layihəsini hüquqi sənədə çevirib. İlk bukmeyker kontorunun 1866-cı ildə açıldığı ABŞ-də da bu fəaliyyət qanunla həyata keçirilir. ABŞ-də fəaliyyət göstərən totalizator şirkətlərinin ən böyüyü isə Nevada ştatının paytaxtı hesab edilən Las-Veqas şəhərində yerləşir.