Aviasiya-kosmik aparatlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çkalov Novosibirsk Aviasiya Zavodunda Su-34 qırıcı-bombardmançısının yığılması.

Aviasiya-kosmik aparatlar — aviasiya və kosmik aparatların xüsusiyyətlərini özündə cəmləşdirən uçuş aparatları qrupu.

1950–1960-cı illərdə bir neçə ölkədə aviasiya-kosmik aparatların yaradılması sahəsində tədqiqat və təcrübələrin aparılmasına, həmçinin onların hərbi məqsədlərlə istifadəsinə başlanılmışdır. Məsələn, 1972-ci ildə ABŞ-də şaquli start götürən aviasiya-kosmik aparatlar (çoxdəfəli kosmik nəql, gəmisi) hazırlanırdı.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Aviasiya və kosmik aparatlar Yerətrafı kosmik fəzada orbital uçuş qabiliyyətinə malikdir. Qalxma, orbital manevr və Yer səthinə enərkən manevretmə üçün aviasiya-kosmik aparatlarında aparıcı səth (qanad, yaxud aparıcı gövdə), uçuşun stabilləşdirilməsi və idarə olunması üçün aerodinamik orqanlar, hava reaktiv mühərriki, yaxud kombinə olunmuş reaktiv mühərrik olmalıdır. Kosmik fəzada tam sürətalma və manevretmə üçün aviasiya-kosmik aparatlarda mayeli raket mühərriki, yaxud nüvə-raket mühərriki və s. növ raket mühərriklərindən istifadə edilməlidir. Aviasiya-kosmik aparatlar geosentrik orbitə 2 üsulla çıxarılır: müstəqil (öz güc qurğusu və bortundakı yanacaq ehtiyatı hesabına) və xüsusi sistemin köməyi ilə; müvafiq oalraq hava-kosmik təyyarələrə və orbital təyyarələrə ayrılır. Hava-kosmik təyyarələrdə kombinə olunmuş güc qurğuları istifadə olunmalıdır. Hava reaktiv mühərriki güc qurğusunun yüksək effektivliyini təmin edir və sxemi birpilləli olan hava-kosmik təyyarələr yaratmağa imkan verir. Orbital təyyarələr raketlərin (birdəfən daşıyıcı raket, çoxdəfəli raket sistemi), yaxud təyyarə sistemlərinin (hipersəs sürətli təyyarələr, yaxud birdəfəlik raket sürətləndiriciləri) köməyi ilə orbitə çıxarılır. Orbital təyyarələr və hava-kosmik təyyarələr müasir ağır təyyarələrdə olduğu kimi qalxma-enmə zolağından üfüqi istiqamətdə qalxır (üfüqi start). Daşıyıcı təyyarə orbital təyyarədən atıldıqdan sonra, orbital təyyarə isə orbital uçuşdan sonra aerodroma qayıdır. Aviasiya-kosmik aparatlar orbital uçuş prosesində, lazım gələrsə, atmosferə daxil olub, yenə orbitə çıxa bilər. Aviasiya-kosmik aparatlarının keyfiyyətləri bir çox elmi məsələlərin (bort avadanlığının köməyi ilə orbital uçuşda tədqiqat aparılması, orbital stansiya heyətlərinin əvəz olunması və təchizatı kosmik aparat heyətlərinin qəzadan xilas edilməsi və s.) həll etməyə imkan verir.[1]

  1. 1 2 Авиасија-космик апаратлар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 40.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]