Signal-a ianə verin

Digər metodlar

Signal məlumatlarınızı toplamaq və mənfəət əldə etmək üçün deyil, yalnız sizin üçün yaradılıb. İfadə azadlığını qorumaq və açıq mənbəli məxfilik texnologiyası vasitəsilə təhlükəsiz qlobal ünsiyyəti təmin etmək üçün missiyamızı sizin dəstəyinizlə davam etdiririk. Şəxsi mesajlaşma. Reklamsız, təqibsiz və nəzarətsiz.

İanələriniz Signal-ın bütün dünyada ona ehtiyacı olan milyonlarla insana təqdim olunması üçün tələb edilən serverlər və ötürmə qabiliyyəti də daxil olmaqla, Signal-ın inkişafına və texniki qulluğuna çəkilən xərclərin ödənilməsinə kömək edir.

İanənizlə birlikdə e-poçt ünvanınızı da paylaşdığınız təqdirdə vergi qeydləriniz üçün e-poçt təsdiqi alacaqsınız. Signal Texnologiya Fondu ABŞ Beynəlxalq Gəlir Məcəlləsinin 501c3 bölməsinə əsasən vergidən azad müstəqil bir qeyri-kommersiya tipli xeyriyyə t��şkilatıdır. Federal Vergi Ödəyicisi Eyniləşdirmə Nömrəmiz 82-4506840.

Qeyd: Yalnız Signal tətbiqi daxilində ianə etdiyiniz halda Signal hesabınıza donor nişanı göndərilir.


Digər metodlar

Signal kriptovalyuta, səhm və donor tərəfindən tövsiyə olunan fondlardan (DAF) ianələr qəbul edir. Bu ianələr "Giving Block" tərəfindən emal olunur.

Əgər ianənizin ədalətli bazar dəyərinə əsasən ABŞ-da vergi endirimi almaq istəyirsinizsə, vergi qəbzini almaq üçün e-poçt ünvanı təqdim edə bilərsiniz. Bundan başqa, "Giving Block" həm də kriptovalyuta və DAF-lardan gələn anonim ianələri dəstəkləyir.

Qeyd: Yalnız Signal tətbiqi daxilində ianə etdiyiniz halda Signal hesabınıza donor nişanı göndərilir.