Kart — oyun vasitəsi

Kartların olduqca qədim və dramatik tarixi vardır. Bir çox tədqiqatçıların fikirlərinə görə ilk kartlar Fransada əyləncə məqsədilə Dəli sayılan VI Karlın dövründə yaranmışdır. Əlbəttə bütün bunlar sadəcə əfsanə də ola bilər. Hələ qədim Misirdə rəqəmlənmiş qələmlərlə bu tipli oyunlara həvəs var idi. Hindistanda fil sümüklərindən hazırlanan əşyalarla oynayırdılar. Çində isə artıq müasir tipli kartlara rast gəlmək mümkün idi və bu da XII əsr nümunəsi sayılırdı.

Sənədlərə əsaslansaq ilk dəfə kartın meydana gəlməsi 1379-cu ilə aid edilir. Çünki həmin dövrə aid olduğu güman edilən və italyan şəhərlərindən birində tapılan yazı bunu bir daha təsdiq etdi. Həmin yazıda qeyd edilmişdi; "Kartda oyunlar təşkil olunur, bura müxtəlif dünya ölkələrindən sarasinlər (orta əsrdə qərblilərin Afrika müsəlmanlarına verdiyi ad) gətirilir və onları naib adlandırırlar.

Bu növdə olan oyunlar hərbi məna ifadə edirdi, çünki bildiyiniz kimi "naib" sözü ərəb sözüdür və mənaca "kapitan", "rəis" kimi tərcümə edilir. Ərəb kartlarında yalnız şəkillər rəqəmlərlə əks olunurdu, çünki Məhəmmədin verdiyi əmrə əsasən insan fiqurlarının təsviri qadağan edilmişdi. Məhz bu səbəbdən fransızların kart yaradıcı olduğunu deyə bilmərik, onlar yalnız kartların üzərində müxtəlif fiqurları işləyiblər. Kartlar tezliklə bütün Avropa ölkələrində geniş yayıldı, bu prosesin arxasınca azart oyunlar geniş yayıldı və qumarın ilkin addımları atılmağa başlandı. Bəlkə də bu səbəblərə əsaslanan insanlar yüksək səviyyəli kübar şəxslərə və hökumət adamlarına bu tipli oyunları qadağan etdi. Lakin bütün bunlara baxmayaraq durmadan yeni – yeni kart oyunları meydana gəlirdi. Almaniyada yerli sexlər yaranmağa başladı, həmin yerlər kartların hazırlanması ilə birbaşa məşğul olurdu və nəticədə düzəldilən kartların keyfiyyəti gün keçdikcə daha da inkişaf edirdi.

XV əsrdə Fransada müasir zamanımızda istifadə olunan kartlar meydana gəlməyə başladı. İrəli sürülən fikirlərə görə kart oyunlarında əsas dörd döyüşçü gedişi mühüm yer tuturdu; xaç – qılınc, qaratoxmaq – nüsxə, qırmızı kərpic nişanları – bayraq və gerb, soxulcan – qalxan. İrəli sürülən fikirlərə görə kartların dəstə formasında yaradılması heç də təsadüfü deyil. 52 kart il ərzində həftələrin sayını göstərir, 4 rəngli kağızlar – bu ilin fəsillərini göstərir, hər rəngdə 13 kartın olması hər fəsildə o qədər günün olduğunun nişanəsidir. 52 kartın üzərindəki rəqəmlərin hamısı 364 rəqəmini meydana gətirir ki, bu da ilin günlərinin sayıdır.

II Yekaterinanın dövründə Fransadan Rusiyaya "Lombre" adlanan oyun gətirildi. İspan adlarına diqqət yetirsək bu adlı oyun "Lomber stolu" adlandırılır və kart oynamaq üçün xüsusi stoldur. İlk dəfə olaraq kart haqqında qeydlərə 1649-cu ilin yazlarında rast gəlindi. Kart oynayan şəxslərə bu kağızları əllərində tutmaq məsləhət görürlürdü, bəzən barmaqlardan da istifadə edilirdi. 1717-ci ildə pul ştrafı ilə oynanılan kartlara qadağa qoyuldu. Elizavet Petrovun çarlıq həyatının sonlarında (1761) azart oyunlarla icazəli kommersiya oyunları fərqləndi.

POKER Müəyyən vəsaitin oyunçular arasında gedişi ile oynanılır. Bir çox növləri var. Təxmini olaraq 140 növü oynanılan bu oyunun ən çox yayılanı Holdem, Omaha, Sekadır. Fərqli sayda kartla oynanılan bu oyunlarda əsas demək olar ki, eynidir. Ən böyük uyğun kart və ya müəyyən ardıcıllıq. Uyğunluq stol kartları və ya oyunçunun öz əlindəki kartlarla aparılır. Seka əsasən keçmiş sovet ölkələrində oynanılır. Lakin əsası olaraq Hindistan göstərilir. Sonradan Rusiya olmaqla digər sovet ölkələrində sadələşdirilmişdir. Burada digər poker növlərindən fərqli olaraq stol kartı yoxdur və kartların xal cəmi hesablanır. Hindistanda yarandığı dövrdə isə o Holdem pokerində olduğu kimi, lakin 3 kartla oynanılırdı. Rusiya bu oyunun öz oyunları olduğunu qətiyyətlə deməyə çalışsa da, bir çox ölkə bu oyunun Hindistan pokerinin bir növü olduğunu təsdiqləyir.

Ola bilsin ki, kartlar müəyyən insanlar üçün maraqlıdır və onu oynamaqdan zövq alır, ancaq unutmaq lazım deyil ki, pulla oynanılan oyunların hamısı bir gün həyatınızın sonu demək olar. Ona görə pulu stola qoyarkən məncə bir daha düşünməyə dəyər.

Mənbə

redaktə