LHARC – faylların sıxlaşdırılması üçün sadə utilitdir. 1988-ci ildə Haruyasu Yoshizaki tərəfindən işlənib hazırlanmışdır. LHARC utuliti özünü arxivdən çıxaran icra faylları yarada bilir, yəni bir və ya daha artıq faylların tərkibini sıxlaşdırmaqla yanaşı, arxivə kiçik arxivaçma proqramı da əlavə olunur, bütün arxiv isə uzantısı EXE adlanan bir fayldan ibarət olur. Arxivi açmaqdan ötrü, sadəcə, arxivin adını yığmaq və onu çalışdırmaq yetərlidir. Sıxlaşdırılmış fayllar avtomatik olaraq arxivdən çıxarılacaq və diskdə ilkin vəziyyətləri və ilkin adları ilə yerləşdiriləcəkdir. Yəni sıxlaşdırılmış faylları açmaq üçün ayrıca proqram lazım olmayacaq.

LHARC

Ədəbiyyat

redaktə

Həmçinin bax

redaktə