Tədbirlər
Qarşıdan gələn tədbirlər, həmçinin keçirdiyimiz, təşkilatçı və iştirakçı olduğumuz tədbirlərin siyahısı.
Astro fotoqrafiya: ulduzlu səmanın sehri
Astrofotoqrafiya, unikal bir incəsənət formasıdır ki, kosmosu sonsuz, sirli və gözəl görməyimizə imkan verir. Bu intizam tələb edən elm və sənət, texnologiya və yaradıcılığı birləşdirir. Texnologiyadan və obyektlərdən asılı olaraq astofotoqrafiya üç əsas kateqoriyaya bölünə bilər.
Astronomiya üzrə Olimpiada
ÜZVLÜK PROQRAMI
Cəmiyyətimizin yeni üzvlük proqramı hazırlanır.
Yaxın zamanda elan ediləcək
Bizə dəstək olun
Biz Azərbaycanda astronomiya həvəsi və bu sahəni inkişaf etdirmək istəyi ilə birləşən, müxtəlif peşələrdən olan insanlardan ibarət qeyri-kommersiya təşkilatıyıq. Bu illər ərzində biz kommersiya maraqları olmadan pulsuz tədbirlər, seminarlar və astroturlar təşkil etdik. Missiyamız təhsil və maarifləndirmədir. Bütün ruhumuzu və vasitələrimizi buna sərf edirik. Ancaq, cəmiyyətimiz üçün daha çox iş görmək və yeni nailiyyətlərə çatmaq üçün sizin dəstəyinizə ehtiyacımız var. Sizin ianələriniz bizim işimizi davam etdirməyə və astronomiya təhsili, tədqiqatlarında yeni hədəflərə nail olmağa kömək edəcək. Bizə bu mühum işlərimizdə dəstək olmaq istəyirsinizsə — məmnun olardıq. Birgə daha çox iş görmək mümkündür!